Agentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır"
sizinxeber.az xəbər saytı

Agentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır"


"Binalar inşa olunarkən bəzi faktorlar nəzərə alınmır".

Sizinxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin (DEEA) İdarə heyətinin sədri Mirsalam Qənbərov qurumda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, binalar tikilərkən ekoloji tələblər diqqətə alınmalı, kanalizasiya çəkilişi ilə bağlı qanunvericiliyin tələbləri gözlənilməlidir:

"Əvvəl binalar ucaldılanda aradakı məsafə, ekoloji, sosial və s. faktorlar nəzərə alınırdı. Hazırda isə bəzi hallarda bu amillərə əhəmiyyət verilmədən bina tikintisi aparılır. Harada boş yer varsa, binalar inşa edilir.

Bütün faktorlar nəzərə alınaraq binalar tikilməlidir ki, gələcəkdə problemlər yaşanmasın. Biz bu gün selin, daşqının yaratdığı problemlərin nədən qaynaqlandığını baxmalıyıq. Hazırda işğaldan azad olunmuş ərazilərdə bir nömrəli məsələ daşqın və sel sularından mühafizə tədbirlərinin düzgün qurulmasıdır. Bu faktor bütün zonalarda nəzərə alınmalıdır".

Oxşar xəbərlər

Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR
Mirsalam Qənbərov: Hazırda Xankəndidə 5 ekoloji layihə həyata keçirilir
Hövsanda bu saatdan qaz OLMAYACAQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər