Bakıda daun sindromlu gəncləri işlə təmin edəcək restoran
7 may tarixində Bakıda "Daun Burger Baku" restoranının açılışı olub. Sahibkar Əlyar Qasımovun təşəbbüsü ilə Nizami küçəsində fəaliyyət göstərəcək fastfud restoranının təntənəli açılışı zamanı daun sindromlu gənclər üçün önəmli addım atılıb.
Belə ki, açılış münasibətilə 20 nəfər daun sindromlu gənc rəsmi şəkildə işlə təmin olunaraq restoran kollektivinə qoşulub, bir nəfər isə menecer vəzifəsinə təyin edilib. Tədbirdə çox sayda daun sindromlu şəxslər və onların ailə üzvləri də iştirak ediblər.
Layihənin əsas məqsədi daun sindromlu şəxslərin cəmiyyətin ayrılmaz və dəyərli bir hissəsi olduqlarını nümayiş etdirmək, onlar üçün yaradılan imkanların böyük uğurlara yol açdığını göstərməkdir. "Daun Burger Baku" sosial inteqrasiya, inklüzivlik və bərabər imkanlara dəstək verən nümunəvi layihə kimi fəaliyyət göstərəcək.
Qalereya
Oxşar xəbərlər
Daun sindromlu şəxslər arasında "Parlayan günəşlər" adlı idman oyunları keçirilib
Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb
Daş Salnamə Muzeyində "Çərçivədən kənar" adlı inklüziv incəsənət sərgisi açılıb
Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var
İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
