Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb


Naxçıvan Muxtar Respublikasında 2170 nəfər sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır. Onlardan 46 nəfəri daun sindromlu uşaqlardır.

Bu barədə "Sizinxeber.az"un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, daun sindromlu uşaqlardan 24-ü oğlan, 22-si isə qızdır.

"Bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, onların erkən yaşlardan sosial mühitə uyğunlaşması, bacarıqlarının inkişaf etdirilməsi və təhsilə cəlb olunması məqsədilə bağçalara, ümumtəhsil müəssisələrinə və məktəbdənkənar dərnəklərə yönləndirilməsi təmin edilir. Bunun nəticəsidir ki, daun sindromlu uşaqlar arasında 22 nəfər ümumtəhsil müəssisələrində təhsil alır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda sağlamlıq imkanları məhdud, o cümlədən daun sindromlu uşaqlar dövlət qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyadan olan uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün müxtəlif sərgilər, əl işləri nümayişləri təşkil olunur, onların sosial həyata daha fəal qoşulmasına şərait yaradılır.

Oxşar xəbərlər

Daun sindromlu şəxslər arasında "Parlayan günəşlər" adlı idman oyunları keçirilib
Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var
Daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər