Xəzər dənizində canlıların kütləvi tələf olmasının səbəbi AÇIQLANDI - VİDEO
sizinxeber.az xəbər saytı

Xəzər dənizində canlıların kütləvi tələf olmasının səbəbi AÇIQLANDI - VİDEO




Xəzər dənizində kiçik balıqlarla yanaşı böyük balıqlar da ölür. Canlıların kütləvi tələfi Xəzərin bütün hövzələrində müşahidə edilir.

Qazaxıstanda xırda balıqların və xərçənglərin kütləvi tələf olmasından sonra aparılan araşdırma ilə müəyyən edilib ki, canlıların ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.

Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov "Xəzər Xəbər"ə bildirib ki, zəhərli maddələrin suya atılması canlıların kütləvi məhvinə səbəb ola bilər.

Səid Səfərovun sözlərinə görə, dəniz canlılarının ölməsinin bir çox səbəbləri var. Dayaz yerlərdə temperatur həddindən artıq artdığı üçün oksigen çatışmazlığı ilə əlaqədar suda yaşayan canlılar tələf olurlar.

Qeyd edək ki, Xəzərdə canlıların kütləvi ölümü ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada elmi araşdırmalar aparılır.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Xəzər dənizində orta əsrlərə aid gəmilərin axtarışına başlanılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzərdə zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzərdə boğulmaların artmasının səbəbi nədir? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər