Xəzər dənizində orta əsrlərə aid gəmilərin axtarışına başlanılacaq
Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin (RSC) birgə ekspedisiyası Xəzər dənizində I Pyotrdan öncəki dönəmə aid batmış gəmilərin axtarışına başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi yayıb.
“Müdafiə Nazirliyinin Naviqasiya və Okeanoqrafiya İdarəsi, Rus Coğrafiya Cəmiyyəti və “Dəniz insanları” fondunun “Xəzərin dəniz tarixi-mədəni irsi” adlı birgə ekspedisiyasının ikinci mərhələsi Xəzər dənizinin Dərbənd limanı akvatoriyasında başlayıb”, – hərbi qurum qeyd edib.
Bildirilib ki, ekspedisiya zamanı daha əvvəl müəyyən edilmiş orta əsrlərə aid lövbərin tədqiqi nəzərdə tutulub. İki həftə ərzində ekspedisiya üzvləri Dərbənd limanının akvatoriyasında dəniz dibinin bir sıra ərazilərində hidroqrafik kəşfiyyat işləri aparacaqlar.
Ehtimal edilir ki, axtarış zonasında I Pyotrdan əvvəlki dövrə aid batmış gəmilər və orta əsrlərə aid su altında qalmış yaşayış məntəqələri və dəniz infrastrukturu ola bilər.
Oxşar xəbərlər
Azərbaycanda “Dəniz limanları haqqında” qanun dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ MN yüklərini daşıyan “Maersk” gəmiləri Qırmızı dənizdən keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzərdə zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












