İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb
sizinxeber.az xəbər saytı

İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb


İndiyədək 10 kütləvi məzarlıq aşkarlanıb. Minalar təəssüf ki, bu məsələ ilə bağlı da səylərimizə mane olur. Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə söyləyib.

Ermənistanın bu mövzuda da qeyri-konstruktiv addımlar atdığını, koordinatları Azərbaycan tərəfinə vermədiyini bildirən H.Mikayıllı deyib ki, Azərbaycanda az qala hər ay kütləvi məzarlığın aşkarlanmasına baxmayaraq, insan hüquqları təşkilatı hansısa reaksiya göstərmir.

Oxşar xəbərlər

Minalar itkin düşmüş şəxslərin tapılmasına mane olur - Həbib Mikayıllı
Ermənistan tərəfi əsir, girov və itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıq etmir - Həbib Mikayıllı
Azərbaycanda 3900-a qədəri itkin düşmüş şəxs var - Həbib Mikayıllı
Sabah Bakıdan beynəlxalq təşkilatlara mesajlar ünvanlanacaq
Azad edilmiş ərazilərdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyi gözlənilir - İsmayıl Axundov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər