Komissiya: Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayında azalma müşahidə olunur
sizinxeber.az xəbər saytı

Komissiya: Narkotik istifadəçilərinin İİV-ə yoluxma sayında azalma müşahidə olunur


Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Sizinxeber.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.

Qeyd olunub ki, 2025-ci ilin iyul ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 35 (4,7%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 291, QİÇS-lə Mübarizə Mərkəzində 336, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 763 xəstə müalicə alır.

Oxşar xəbərlər

Bu il İİV-ə yoluxanların 55 nəfəri inyekson narkotik istifadəçiləridir
Bu il İİV-ə yoluxmuş 52 Azərbaycan vətəndaşı narkotik istifadəçisi olub
QİÇS-lə Mübarizə Mərkəzi və Narkoloji mərkəzlərdə müalicə olunanların sayı açıqlanıb
Müalicəyə cəlb edilən narkotik istifadəçilərinin sayı açıqlanıb
Azərbaycanda narkoloji və QİÇS-lə Mübarizə mərkəzlərində müalicə alan şəxslərin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle