Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb"
sizinxeber.az xəbər saytı

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb"


Cəlilabad rayonunda 14 və 15 yaşlı yeniyetmələr baltalanıb. Hadisəni törətməkdə onların əmiləri şübhəli bilinir.

Baş verən hadisənin təfərrüatı məlum olub. Yeniyetmələrin qohumları Baku TV-yə danışıblar.

Qohumlardan biri olan Sakit Abbasov bildirib ki, hələ də hadisənin şokundadırlar:

"Gedib gördük ki, əmisi uşaqları baltalayıb. Balta uşaqlardan birinin beyni istiqamətində vurulub və onun beyin hissəsi dağılıb. Qız dünyasını dəyişib. Baltalayan şəxsin də iki uşağı var".

Yeniyetmələrin digər qohumu olan Xalid Abbasov uşaqlara xəsarət yetirən əminin içki aludəçisi olduğunu qeyd edib:

"Bir əmi öz qardaşı uşağına necə qıya bilər? Bu, insana yaraşan bir şey deyil. Əmi yeni həbsdən çıxmışdı. Həmçinin, içki içən şəxs idi, hadisə vaxtı da içkili olub.

Uşaqların hər ikisi də sahədə fəhləliklə məşğul olub. Ataları Dağıstanda qalırdı, anaları ilə bir yaşayırdılar".

Oxşar xəbərlər

Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın xəstəxanada ölüb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb
Qusarda iki nəfəri baltalayan şəxsə xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılıb - YENİLƏNİB
Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın xəstəxanada ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər