Hirkan Milli Parkında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkı ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda nəzəri-praktiki tədbir keçirib.
APA FHN-ə istinadən xəbər verir ki, Hirkan Milli Parkında keçirilən tədbirə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumları cəlb edilib.
Tədbirin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
Tədbirin praktiki hissəsində şərti olaraq baş vermis meşə yanğınının qarşısının alınması, eyni zamanda xüsusi texnika vasitəsilə meşə ətrafında 6-8 metr enində ərazinin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.
Oxşar xəbərlər
Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meşələrdə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meşələrdə yanğın hadisələrinə qarşı birgə regional müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Altıağac Milli Parkında təlim keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda meşələrin yanğın təhlükəsizliyinə dair tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












