Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair tədbir keçirilib


Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkı ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda nəzəri-praktiki tədbir keçirib.

FHN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Qızılağac Milli Parkında keçirilən tədbirə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının canlı qüvvə və texnikaları qüvvələri cəlb edilib.

Tədbirin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Tədbirin praktiki hissəsində təbiət ərazilərində, o cümlədən meşə sahələrində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

Oxşar xəbərlər

Meşələrdə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meşələrdə yanğın hadisələrinə qarşı birgə regional müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Altıağac Milli Parkında təlim keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xızıda meşələrin yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda meşələrin yanğın təhlükəsizliyinə dair tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər