FHN Altıağac Milli Parkında təlim keçirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2025
12:50

FHN Altıağac Milli Parkında təlim keçirib

07 iy, 2025
12:50
923

FHN Altıağac Milli Parkında təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkı ilə birgə “Xüsusi mühafizə olunan təbiət ərazilərində və meşə sahələrində yanğın təhlükəsizliyi” mövzusunda Altıağac Milli Parkında praktiki təlim keçirib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlimə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının canlı qüvvə və texnikaları qüvvələri cəlb edilib.

Təlimin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Təlimin praktiki hissəsində təbiət ərazilərində, o cümlədən meşə sahələrində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

Bizimlə əlaqə saxlayın