Lənkəranda meşələrin yanğın təhlükəsizliyinə dair tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Lənkəran rayonunun meşəlik ərazisində müşavirə keçirilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbidə çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin faydasını vurğulayıblar. Diqqətə çatdırılıb ki, meşə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri yanğınların qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.
Müşavirənin praktiki hissəsində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının qüvvə və texnikalarını cəlb etməklə şərti olaraq baş vermiş meşə yanğının qarşısının alınması, eyni zamanda xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazidə 6-8 metr enində sahənin şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.
Oxşar xəbərlər
Meşələrdə yanğın hadisələrinə qarşı birgə regional müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meşələrdə yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meşələrin yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə yanğından mühafizə mövzusunda tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN yay mövsümü ilə bağlı yanğın təhlükəsizliyinə dair silsilə müşavirələr keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












