“Bakı Psixologiya Mərkəzi”, “Azərbaycan Uşaqları” İB və “Ümid Yeri” Uşaq Sığınacağı arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı Psixologiya Mərkəzi “Azərbaycan Uşaqları” İctimai Birliyi və “Ümid Yeri” Uşaq Sığınacağında xidmət alan uşaq və yeniyetmələrə sosial-psixoloji dəstəyin göstərilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalayıb.
Sizinxeber.az xəbər verir ki, memoranduma əsasən, Bakı Psixologiya Mərkəzi tərəfindən uşaq sığınacaqlarında dörd ay müddətində bir sıra psixoloji və sosial dəstək yönümlü fəaliyyətlər həyata keçiriləcək.
Bu çərçivədə uşaqlar üçün fərdi və qrupla psixoloji konsultasiyalar, emosiyaların ifadə edilməsi və tənzimlənməsi, cinsi təlim və məhrəmiyət, sosial bacarıqlar, gələcəklə bağlı qərar vermə, stressin idarə olunması, zorakılıqla mübarizə kimi bir çox mövzuda psixotəlim qruplarının həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, uşaqların bioloji ailələrlə bağlarının yaradılması və reinteqrasiyası, icmaya inteqrasiyası, təhsil, səhiyyə və digər ehtiyaclarının qarşılanması üçün aidiyyatı qurumlar və mütəxəssislərlə əlaqələndirilməsi kimi sosial tədbirlər nəzərdə tutulur.
Eyni zamanda sığınacaq əməkdaşları – psixoloq, sosial işçi, müəllim və tərbiyəçilərin uşaqlarla iş potensialını gücləndirmək üçün təlimlər və superviziyalar həyata keçiriləcək.
Bu kimi təşəbbüslər həssas əhali qruplarının psixososial rifahının yaxşılaşdırılmasına, həmçinin cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə xidmət edir.
İctimaiyyətin bu təşəbbüslərə fəal qoşulması daha sağlam və dayanıqlı cəmiyyətin formalaşmasına töhfə verir.
Oxşar xəbərlər
Bakı Psixologiya Mərkəzi qadınlar üçün konsultasiyalar təşkil edib
Ədliyyə Nazirliyi ilə Azərbaycan Universiteti əməkdaşlıq memorandumu imzalayıb
“Giltex” MMC və Bakı Psixologiya Mərkəzi arasında memorandum imzalanıb
Probasiya sahəsində sosial-psixoloji xidmətlərlə bağlı tədbir keçirilib
Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı












