Bakı Psixologiya Mərkəzi qadınlar üçün konsultasiyalar təşkil edib
sizinxeber.az xəbər saytı

Bakı Psixologiya Mərkəzi qadınlar üçün konsultasiyalar təşkil edib


Bakı Psixologiya Mərkəzinin təşəbbüsü ilə Sumqayıtda fəaliyyət göstərən "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində qadınlar üçün psixoloji rifahın artırılması ilə bağlı tədbir təşkil olunub.

Sizinxeber.az-nın məlumatına görə, korporativ sosial məsuliyyət çərçivəsində keçirilən tədbir fərdi psixoloji konsultasiyalar və qrup çalışmalarını əhatə edib. Görüşün əsas məqsədi qadınların emosional və psixoloji dayanıqlığını gücləndirmək, onların sosial həyatdakı aktivliyini artırmaq və psixoloji dəstəyə çıxış imkanlarını genişləndirmək olub.

"Giltex" MMC şirkəti tərəfindən tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Bakı Psixologiya Mərkəzi və "Giltex" MMC cəmiyyətin həssas qruplarına dəstək göstərməyi prioritet istiqamətlərdən biri kimi qəbul edir və belə təşəbbüslərin davamlı həyata keçirilməsini nəzərdə tutur.

Oxşar xəbərlər

Ukraynadan daha 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Araz” supermarketlər şəbəkəsi qadınlar üçün master-klaslara start verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər