

Probasiya sahəsində sosial-psixoloji xidmətlərlə bağlı tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 16-da Ədliyyə Nazirliyinin Probasiya xidməti və Sumqayıt Dövlət Universitetinin (SDU) təşkilatçılığı ilə “Probasiya qeydiyyatında olan şəxslərə göstərilən sosial-psixoloji dəstək” mövzusunda dəyirmi masa keçirilib.
APA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
SDU-nun professor-müəllim heyətinin, sosial iş və psixologiya ixtisası üzrə təhsil alanların, Probasiya xidmətinin məsul şəxslərinin və əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə son dövrlərdə probasiya sahəsində həyata keçirilən islahatlar, o cümlədən sosial adaptasiya və reabilitasiya tədbirləri, ali təhsil müəssisələri, vətəndaş cəmiyyəti və dövlət qurumları ilə qurulan əməkdaşlıq və görülən işlər barədə ətraflı məlumat verilib.
Tədbirdə Probasiya xidmətində könüllü fəaliyyət göstərən sosial işçilər və psixoloqlar tərəfindən probasiya sahəsində könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə aparılan işlər, o cümlədən məhkumlara göstərilən sosial və psixoloji xidmətlərlə bağlı təqdimatlar edilib.
Daha sonra Probasiya xidmətinin rəisi Vüqar Ağayev və SDU-nun rektoru vəzifəsini icra edən Əminağa Sadıqov Əməkdaşlıq haqqında Memorandum imzalayıblar.
Memoranduma əsasən universitet ilə xidmət arasında probasiya qeydiyyatında olan şəxslərə sosial-psixoloji xidmət göstərilməsi, bu prosesə könüllülərin fəal şəkildə cəlb olunması, maarifləndirici tədbirlərin və seminarların təşkili, müvafiq sahələrdə qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə dərs vəsaitlərinin hazırlanması, araşdırmaların və qarşılıqlı maraq doğuran digər işlərin aparılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyinin Probasiya xidməti BDU ilə əməkdaşlıq edəcək
Probasiya xidmətində deputatlarla görüş keçirilib
Probasiya məmurları üçün silisilə təlimlərə başlanılıb
Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in Antalya konfransında təmsil olunub
Ədliyyə Nazirliyi ilə Azərbaycan Universiteti əməkdaşlıq memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
