“Giltex” MMC və Bakı Psixologiya Mərkəzi arasında memorandum imzalanıb
Azərbaycan və regionun ən böyük tam şaquli inteqrasiyalı tekstil istehsalçısı olan “Giltex” MMC ilə Bakı Psixologiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sizinxeber.az xəbər verir ki, memorandum çərçivəsində əməkdaşların psixososial rifahının və peşəkar bacarıqlarının inkişafını hədəfləyən genişmiqyaslı bir təşəbbüsə start verilib.
“Giltex” MMC-nin Baş icraçı direktoru Kamran Aqasi bildirib ki, bu strateji tərəfdaşlıq, məhsuldarlıq və innovasiyanı yalnız texniki sahələrdə deyil, insan faktorunda da dəstəkləyən müasir korporativ düşüncə tərzinin bariz nümunəsidir.
““Giltex” MMC istehsaldan dizayna qədər bütün prosesləri öz nəzarəti altında həyata keçirən regionun lider tekstil markası olmaqla yanaşı, indi də insan mərkəzli yanaşması ilə nümunə olmağa iddialıdır.
Memorandum çərçivəsində “Giltex” əməkdaşları zamanın idarə edilməsi, emosional intellekt, stressin idarə olunması, effektiv ünsiyyət kimi müasir korporativ bacarıqlar üzrə peşəkar psixoloqlar tərəfindən təlimlərə cəlb olunacaq", - Kamran Aqasi bildirib.
Oxşar xəbərlər
Bakı Psixologiya Mərkəzi qadınlar üçün konsultasiyalar təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
GiLTEX "A" dərəcəsi ilə Amfori BSCI sertifikatını alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da “Suyun səmərəli istifadəsi” adlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Giltex"in İdarə Heyətinin sədri: COP komandası üçün 50 mindən çox uniforma istehsal etmişik - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Təşəbbüs Qrupu ilə Sen Martinin Birliyi Assosiasiyası memorandum imzalayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












