sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
I Qarabağ müharibəsində itkin düşən şəhidin qalıqları Xaçmazda dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Kərimov Məzahir Xalıq oğlunun qalıqları ailəsinə təhvil verilib.
Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, itkin düşmüş hərbçi Kərimov Məzahir Xalıq oğlunun qalıqları Xaçmaz rayonunun Çarxı kəndinə gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib.
Daha sonra şəhid Məzahir Kərimov Xaçmaz rayonu Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü Kərimov Məzahir Xaliq oğlu Xaçmaz rayonunun Usta Cəlilli kəndində doğulub. O, 1994-cü ilin 18 fevralında Kəlbəcər uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində itkin düşüb.
Oxşar xəbərlər
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Məzahir Kərimovun qalıqları Xaçmazda dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
I Qarabağ müharibəsində itkin düşən Daşqın Behbudovun qalıqları Göyçayda dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşən Sahil İbrahimovun qalıqları Suraxanıda dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
