AZAL Bakıdan Tel-Əvivə, Tehrana, İslamabada, Nyu-Dehliyə və Ər-Riyada aviareysləri ləğv edib
sizinxeber.az xəbər saytı

AZAL Bakıdan Tel-Əvivə, Tehrana, İslamabada, Nyu-Dehliyə və Ər-Riyada aviareysləri ləğv edib


Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin (AZAL) 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan bəzi reysləri ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, ləğbv olunan reyslər aşağıdakılardır:

14 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 331/332)
• Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)
• Bakı – İslamabad – Bakı (J2 143/144)
• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
• Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)
• Bakı – Tehran – Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı-Təbriz-Bakı marşrutu üzrə reyslər isə iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Oxşar xəbərlər

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib
AZAL Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar daha bir neçə reysi ləğv edib - YENİLƏNİB
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edilib
"Formula-1" təqvimi bəlli oldu: Bakıdakı yarış bu tarixdə olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər