Naxçıvanda daha bir dönərxananın fəaliyyəti dayandırılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda daha bir dönərxananın fəaliyyəti dayandırılıb


Naxçıvanda daha bir dönərxananın fəaliyyəti dayandırılıb.


APA-nın yerli bürosu xəbər verir ki, 23.05.2025-ci il tarixdə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus “Alov dönər” dönərxanasında Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı aşkarlanmış nöqsanlarla bağlı dönərxananın fəaliyyəti məhdudlaşdırılmışdır. Sonradan sahibkarın müraciəti əsasında 30.05.2025-ci il tarixdə obyektə yenidən baxış keçirilmiş, nöqsanlar aradan qaldırıldığı üçün fəaliyyətinə icazə verilmişdir.


Lakin, 14.06.2025-ci il tarixdə aparılan monitorinqlər zamanı sözügedən dönərxanada əvvəlki tarixlərdə termiki emala məruz qalmış toyuq əti dönərinin dondurucuda saxlanılaraq satışının həyata keçirilməsi faktı aşkarlanıb. Bu kimi məhsulların insan həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmasını nəzərə alaraq faktla bağlı müvafiq tədbirlər görülmüş, şübhəli məhsulların toxunulmazlığı təmin edilmiş, nümunələr götürülərək laborator müayinələrə cəlb olunmuş və dönərxananın fəaliyyəti təkrar məhdudlaşdırılıb.


Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün dönərxanalar dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlahkçı hüquqlarının müdafiəsi istiqamətində istirahət və bayram günləri də daxil olmaqla nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.

Oxşar xəbərlər

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib
Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbləri barədə araşdırma başlanılıb - YENİLƏNİB-1
Naxçıvanda dönərdən zəhərlənən 17 nəfərdən 9-u azyaşlıdır, müraciət sayı çoxdur - YENİLƏNİB
Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti dayandırılıb
Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle