TDT ailə məsələlərini əhatə edən layihələr həyata keçirəcək
sizinxeber.az xəbər saytı

TDT ailə məsələlərini əhatə edən layihələr həyata keçirəcək


Türk Dövlətləri Təşkilatı (TDT) ailə məsələlərini əhatə edən layihələr həyata keçirəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə TDT baş katibinin müavini Ömer Kocaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 11-də Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda keçirilən tədbirdə danışıb.

O qeyd edib ki, türk dövlətləri Orta Dəhliz üçün indiyə qədər çox böyük investisiya qoyublar:

“Ancaq Orta Dəhlizi sadəcə iqtisadi, ticari inkiaşfa əsaslanmır, biz fərqli aspektlərdən də dəyərləndirməliyik. Orta Dəhlizin dünya ölkələrinin mədəni inkişafına da töhfə verəcək. Mədəni inkişaf isə birbaşa ailəyə təsir göstərir. Bu gün ailə məsələləri barədə ölkələrimizin çox ciddi layihələri var. Cəmiyyətin və xalqın inkişafında ailə önəmli rol oynayır və biz də TDT olaraq ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyik”.

Ö.Kocaman vurğulayıb ki, Orta Dəhlizdə rəqəmsal transformasiya, ailə, ətraf mühit məsələləri diqqətdə saxlanmaq üçün növbəti mərhələdə ailə nazirləri və ətraf mühit nazirlərinin iclaslarının əsas mövzularına əlavə ediləcək.

Oxşar xəbərlər

Bahar Muradova: Orta Dəhliz TDT ölkələrinin dayanıqlı inkişaf məqsədlərinin təminatçısı rolunu oynayır
Ömer Kocaman: Türk dövlətlərində mənəvi dəyərləri qorumaq üçün "yol xəritəsi" hazırlanmalıdır
Vüsal Qasımlı: "Türk dövlətlərinin investisiya potensialı üzrə yeni tədqiqata başlanılıb"
Tokayev: Orta Dəhliz Türk dünyasının iqtisadi rifahına töhfə verməyə davam edəcək
Bahar Muradova: Türk dövlətlərində ailə dəyərlərinin qorunması üçün birgə fəaliyyəti vacib hesab edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər