Yeni sosial xidmət müəssisələri yaradılacaq
Bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzləri yaradılacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Sosial Dəstək Mərkəzinin fəaliyyətinə həsr olunanş infosessiyada məlumat verilib.
Sosial xidmətlərin əhatəsinin genişlənməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılması, bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması innovativ həllərin tətbiqinin və s. əsas hədəflərdən olduğu bildirilib.
Ötən il Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində 3 356 nəfərə xidmət göstərildiyi, qurumun sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində 15,8 min nəfərin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu qeyd edilib.
Həmçinin son bir ildə Agentlik tərəfindən 4,5 mindən çox tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, daha 271 repatriantla sosial reabilitasiya işi aparıldığı diqqətə çatdırılıb.
Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 5 sosial xidmət mərkəzinin fəaliyyət göstərdiyi, bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzlərinin yaradılacağı qeyd edilib. Qurulmaqda olan “Sosial işin idarə edilməsi” elektron sisteminin bu il istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib.
Oxşar xəbərlər
Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq
Agentlik: Ötən il çətin həyat şəraitində yaşayan 45 nəfərə xidmət göstərilib
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 216 şəxs dövlət himayəsində yaşayır
Agentlik: Hazırda 329 ahıl ər-arvad evdə sosial-məişət xidməti ilə təmin edilir
Bu ilin ötən dövründə 271 repatriantla sosial reabilitasiya işi aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












