Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək
Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sentyabrın 26-da Bakıda keçiriləcək forum "Ailə - dəyişməyən dəyərimiz" mövzusuna həsr olunur.
Forumda dövlət və hökumət nümayəndələri, aidiyyəti sahə üzrə 20 mütəxəssis, media mənsubları, bölgələrdən və paytaxtdan dəvət olunan 90-dan çox gənc ailə iştirak edəcək.
Gənc Ailə Forumunun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsidir.
Oxşar xəbərlər
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
