sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bu ilin altı ayında 84 min manata yaxın gecikdirilmiş sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Bu barədə "Sizinxeber.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ödənişlərin 87 faizi əmək haqları, 13 faizi isə sosial müavinət və kompensasiyalardan ibarət olub.
Hesabat dövrü ərzində əmək müqaviləsinə qanunsuz xitam verildiyi müəyyən edilmiş 41 işçi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində əvvəlki iş yerlərinə bərpa edilib.
Oxşar xəbərlər
Sosial yardımlar niyə gecikir? - Açıqlama
Əmək pensiyaları ilə bağlı yeni xəbər!
DSMF-nin aparatının və yerli bölmələrinin saxlanılması xərcləri artırılır
Azərbaycanda bu il 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub
Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













