Macarıstan rəsmisi: Azərbaycanla enerji sazişi üzrə əsas şərtlər razılaşdırılıb
sizinxeber.az xəbər saytı

Macarıstan rəsmisi: Azərbaycanla enerji sazişi üzrə əsas şərtlər razılaşdırılıb


“Macarıstan Azərbaycanın enerji layihələrinə sərmayəsini genişləndirir. Bakı Enerji Forumunda yeni saziş imzalanıb”.

APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Macarıstan Energetika Nazirliyinin Enerji Siyasəti üzrə Dövlət Katibi Mark Alföldy-Boruss deyib.

O bildirib ki, Macarıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq strateji mərhələyə keçib. Beş illik uğurlu tərəfdaşlıqdan sonra tərəflər arasında yeni enerji sazişi üzrə əsas şərtlər razılaşdırılıb:“Beş il ərzində formalaşmış etibarlı əməkdaşlığın nəticəsi olaraq dünən yeni bir kəşfiyyat, hasilat və məhsulun pay bölgüsü sazişi üzrə əsas prinsipləri imzaladıq”.

Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız regional çərçivədə deyil, Avropa İttifaqından kənarda da enerji təhlükəsizliyinə töhfə verən nümunəvi bir modeldir.

O əlavə edib ki, Macarıstan hökuməti 2023-cü ildə Azərbaycanın qaz hasilatı üzrə layihələrindən birində 5%-lik payla investor kimi iştirak etməyə başlayıb: “Bu əməkdaşlıq Macarıstan üçün enerji diversifikasiyasının tərkib hissəsidir. Azərbaycan yalnız etibarlı tərəfdaş deyil, həm də Avropanın enerji sabitliyi baxımından vacib oyunçudur,” – deyə dövlət katibi vurğulayıb.

Mark Alföldy-Boruss həmçinin Azərbaycanın yaşıl enerji siyasətini dəstəklədiklərini bildirib və bu sahədə gələcək əməkdaşlığa açıq olduqlarını diqqətə çatdırıb.

Oxşar xəbərlər

Gürcüstanlı nazir müavini: Azərbaycanla həyata keçirilən yaşıl enerji layihəsi “çox iddialı və strateji əhəmiyyətli”dir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Azərbaycan, Rumıniya və Macarıstan Aİ-yə “yaşıl enerji” tədarükü üzrə aktiv iş görür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq Sazişi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldova rəsmisi: Enerji təhlükəsizliyində Azərbaycanın və Cənub Qaz Dəhlizinin rolu artır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər