BP: ACE platforması öz effektivliyini nümayiş etdirib
sizinxeber.az xəbər saytı

BP: ACE platforması öz effektivliyini nümayiş etdirib


“Azəri-Çıraq-Günəşlı” (AÇG) qaz-kondensat yataqları blokunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) platforması öz effektivliyini nümayiş etdirib.

Bunu "Sizinxeber.az-Economics"ə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

"ACE platforması gözləntilərimizi doğruldur və hasilat getdikcə artır", - Bəxtiyar Aslanbəyli qeyd edib.

Onun sözlərinə görə, müvafiq olaraq, AÇG-də hasilatın sabitləşməsinin əldə olunması həmçinin ACE platformasının sayəsində mümkün olub.

Qeyd edək ki, bu ilin aprel ayında platformadan ilk neft hasilatına başlanılmasından 1 il ötür. Bu il ərzində platformadan 852 min ton neft hasil olunub.


Bildirək ki, ACE texnoloji və rəqəmsal baxımdan ən qabaqcıl platformalardan biridir. Onun innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verir. Bu da əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir.

Oxşar xəbərlər

BP: AÇG hasilatın azalmasının qarşısıalınma proqramı bu il hazırlana bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP: AÇG-də operatorluq məsələsi layihədə iştirak payı ilə əlaqəli deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP: ACE platformasında ilk hasilat quyusunun qazılması işləri bitmək üzrədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP bu il Azərbaycanda platformaların dayandırılmasını planlaşdırmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər