BP: AÇG-də operatorluq məsələsi layihədə iştirak payı ilə əlaqəli deyil
SOCAR-ın Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının (AÇG) işlənilməsi prosesində payının artması layihədə operatorluq məsələsinə təsir etməyəcək.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AÇG-nin operatoru olan BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, operatorluq məsələsi şirkətin layihədə olduğu iştirak paydan asılı olmayan bir şərtdir.
“İştirak faizi operatorluğu müəyyən eləmir. Operatorluq dövlətin müqavilə əsasında verdiyi öhdəlikdir, hüquqdur və tapşırıqdır. Biz də bu tapşırığı yerinə yetiririk. Bu vaxta qədər BP ona görə operator deyildi ki, onun iştirak faizi yuxarıdır. Dünya təcrübəsində faizi aşağı olan operatorlar da var, faizi yuxarı operator olmayanlar da var. Bunun birbaşa əlaqəsi yoxdur”, - Bəxtiyar Aslanbəyli qeyd edib.
Vitse-prezident onu da əlavə edib ki, operator olacaq şirkət dövlət və tərəfdaşlar arasında imzalanan “Joint Operating Agreement” (Birgə Əməliyyat Müqaviləsi) sənədi çərçivəsində müəyyən edilir.
Xatırladaq ki, ötən ilin dekabrında SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.
“Equinor” şirkətinin Azərbaycanda aktivlərinin SOCAR-a satışı üzrə əqdlərin 2024-cü ildə başa çatdırılacağı gözlənilir.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Oxşar xəbərlər
BP: AÇG hasilatın azalmasının qarşısıalınma proqramı bu il hazırlana bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP: Azərbaycanda layihələrdəki iştirak payının az olması operatorluğa təsir etmir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












