BP: ACE platformasında ilk hasilat quyusunun qazılması işləri bitmək üzrədir
sizinxeber.az xəbər saytı

BP: ACE platformasında ilk hasilat quyusunun qazılması işləri bitmək üzrədir


Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasında ilk hasilat quyusunun qazılması işləri bitmək üzrədir.

Bunu BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Report”un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ACE platformasından bu il üç hasilat quyusunun qazılması planlaşdırılıb: “Birinci hasilat quyusunun qazılması prosesinin bitməsinə artıq az qalıb”.

B. Aslanbəyli bildirib ki, birinci quyudan ilk neft yəqin ki, I rüb ərzində hasil ediləcək və bu, elan ediləcək: “Bundan başqa, daha iki hasilat quyusu olacaq. ACE platformasının işə salınması neft hasilatı tempinin aşağı düşməsinin yavaşıdılmasına müəyyən qədər təsir göstərəcək”.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Oxşar xəbərlər

BP: AÇG-də hasilatın kəskin azalmasının qarşısının alınması proqramı hazırlanacaq
“Qərbi Azəri” platformasından 1 milyard barel neft hasil edilib
SOCAR ötən il üçün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle