BP: AÇG hasilatın azalmasının qarşısıalınma proqramı bu il hazırlana bilər
Cari ilin sonuna kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda (AÇG) hasilatın kəskin azalmasının qarşısıalınma proqramı hazırlana bilər.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AÇG-nin operatoru olan BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, AÇG-də hazilatın azalması tempinin yavaşlaması və stabilləşdirilməsi məsələsi çoxdandır müzakirə obyektidir.
“Müzakirələr təzə deyil. Müzakirələr çoxdan gedir. Prinsip etibarı ilə, SOCAR-la davamlı olan bir prosesdir ki, hasilatın enməsinin qarşısı necə alına bilər”, - Bəxtiyar Aslanbəyli qeyd edib.
Vitse-prezident əlavə edib ki, AÇG-də hasilatın azalması gözlənilirdi, lakin bu proses nəzərdə tutulandan daha yüksək olub.
“Ümumilikdə, yəqin ki, 2024-cü il ərzində artıq o danışıqlar müəyyən bir nəticəyə qəlib, müəyyən bir proqram hazırlanacaq ki, hasilatın kəskin şəkildə azalmasının qarşısı alınsın”, - Bəxtiyar Aslanbəyli vurğulayıb.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Oxşar xəbərlər
BP: AÇG-də operatorluq məsələsi layihədə iştirak payı ilə əlaqəli deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN rəhbəri Ermənistandadır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












