
Azərbaycanda bu il kimya məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL

Azərbaycanda bu il kimya məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb.
Kimya sənayesi məhsullarının istehsalının dinamikası (əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə):
Məlumata görə, kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 22,7%, karbamid istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuklar, millər və profillər istehsalı 48,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 37%, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 1,3% artıb, polietilendən kisə və çantalar istehsalı isə 34,4% azalıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2025-ci ilin yanvar-mart aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % | 01.04.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 15 113 | 103,4 | 79,4 |
ondan: azot, min kub metr | 8 025,3 | 99,5 | 76,0 |
Lak-boya məmulatları, ton | 10 238,8 | 122,7 | 687,1 |
Qeyri-üzvi kimyəvi maddələr, ton | 6 310 | 60,9 | 6 100 |
ondan: yod, ton | 62,3 | 94,5 | 28,7 |
Üzvi kimyəvi maddələr, min ton | 287,5 | 90,3 | 52,3 |
ondan: etilen, min ton | 53,1 | 94,1 | 1,2 |
propen (propilen), min ton | 46,0 | 86,3 | 0,9 |
metanol (metil spirti), min ton | 143,6 | 91,5 | 42,3 |
Etil spirti, min dkl | 10,8 | x | 36,0 |
Gübrə və azot birləşmələri, min ton | 196,5 | 104,4 | 19,1 |
ondan: karbamid, min ton | 196,5 | 104,4 | 19 |
İlkin formada plastik kütlə, min ton | 99,8 | 91,7 | 25,4 |
ondan: polietilen, min ton | 51 | 93,4 | 14,4 |
Yapışqan və yapışdırıcı maddələr, min ton | 55,4 | 166,4 | 12,7 |