Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8%-dən çox artıb - CƏDVƏL
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 837,1 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8%, kimya sənayesi məhsullarının istehsalı 8,1%, əczaçılıq məhsullarının istehsalı isə 4,6% artıb.
Məlumata görə, kimya sənayesi məhsullarından polietilen istehsalı 29,8%, etilen istehsalı 27,9%, propen (propilen) istehsalı 21,6%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 87,7%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 26,5%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 7,3% artıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri | 2024-cü ilin yanvar- oktyabr aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.11.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Kimya sənayesi məhsulları | |||
| Təsirsiz qazlar, min kub metr | 37058,2 | 96,7 | 231,3 |
| ondan: |
|
|
|
| azot, min kub metr | 19817,7 | 113,3 | 44 |
| Lak-boya məmulatları, ton | 34828,1 | 105,8 | 434,5 |
| Qeyri-üzvi kimyəvi maddələr, ton |
27610 |
131,1 |
6 780 |
| ondan: |
|
|
|
| yod, ton | 172,2 | 98,7 | 19,9 |
| Üzvi kimyəvi maddələr, min ton | 783 | 97,9 | 11 |
| ondan: |
|
|
|
| etilen, min ton | 126,1 | 90,5 | - |
| propen (propilen), min ton | 119,6 | 93,5 | 0,7 |
| metanol (metil spirti), min ton | 421,4 | 105,7 | 7,3 |
| Etil spirti, min dkl | 58,1 | 180,4 | 3,6 |
| Gübrə və azot birləşmələri, min ton |
531,7 |
152,7 |
65,5 |
| ondan: |
|
|
|
| karbamid, min ton | 531,7 | 152,8 | 65,5 |
| İlkin formada plastik kütlə, min ton |
244,2 |
91,5 |
26,6 |
| ondan: |
|
|
|
| polietilen, min ton | 120,5 | 88,6 | 13,5 |
| Yapışqan və yapışdırıcı maddələr, min ton |
109,7 |
109,2 |
7 |
Oxşar xəbərlər
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 9%-dək artıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8% artıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













