Azərbaycan və Avropa arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə mühüm sənədlər imzalanıb - FOTO
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə nazirlərin - Rəhbər Komitənin Budapeşt görüşü mühüm nəticələrlə yekunlaşıb.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Məlumata görə, layihəyə PMI statusunun (Project Mutual Interest-Birgə Maraqlar Layihəsi) verilməsi məqsədilə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb.
“Həmçinin Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi, Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel (FOC) komponent ilə əlaqədar zəruri addımlar razılaşdırıldı. Birgə Müəssisəyə (GECO Power Company) texniki-iqtisadi əsaslandırma ilə bağlı səlahiyyət və öhdəliklərin ötürülməsi ilə bağlı da müvafiq sənəd imzalandı”, - paylaşımda qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycandan Avropaya Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində müqavilə imzalanıb
Azərbaycandan Avropaya Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində müqavilə imzalanıb - YENİLƏNİB
Baş nazir: Azərbaycan, Rumıniya və Macarıstan Aİ-yə “yaşıl enerji” tədarükü üzrə aktiv iş görür
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
