Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 6% artıb - CƏDVƏL
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1953,3 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7%, kimya sənayesi məhsullarının istehsalı isə 6% artıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 48,2%, azot istehsalı 13,3%, metanol istehsalı 5,1%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 40,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 23,1%, polietilendən kisə və çantalar istehsalı isə 16,5% artıb.
Azərbaycanda hesabat dövründə kimya sənayesində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri | 2024-cü ilin yanvar- noyabr aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Kimya sənayesi məhsulları | |||
| Təsirsiz qazlar, min kub metr | 39931,2 | 94,3 | 256,4 |
| ondan: |
|
|
|
| azot, min kub metr | 22179,2 | 113,3 | 69,0 |
| Lak-boya məmulatları, ton | 38259,9 | 106,8 | 333,6 |
| Qeyri-üzvi kimyəvi maddələr, ton | 30530,0 | 133,0 | 7590,0 |
| ondan: |
|
|
|
| yod, ton | 192,9 | 100,2 | 19,5 |
| Üzvi kimyəvi maddələr, min ton | 829,8 | 94,0 | 16,5 |
| ondan: |
|
|
|
| etilen, min ton | 126,1 | 83,2 | - |
| propen (propilen), min ton | 119,6 | 85,4 | 0,7 |
| metanol (metil spirti), min ton | 468,2 | 105,1 | 12,7 |
| Etil spirti, min dkl | 74,5 | 155,5 | 18,9 |
| Gübrə və azot birləşmələri, min ton | 592,0 | 148,2 | 70,7 |
| ondan: |
|
|
|
| karbamid, min ton | 592,0 | 148,2 | 70,7 |
| İlkin formada plastik kütlə, min ton | 244,7 | 83,9 | 13,3 |
| ondan: |
|
|
|
| polietilen, min ton | 120,5 | 81,7 | 7,0 |
| Yapışqan və yapışdırıcı maddələr, min ton | 121,2 | 107,8 | 7,6 |
Oxşar xəbərlər
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 9%-dək artıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8% artıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 10%-dək artıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8%-dən çox artıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













