Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 9%-dək artıb - CƏDVƏL
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1419,1 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 69,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,8%, kimya sənayesi məhsullarının istehsalı isə 8,7% artıb.
Qeyd olunur ki, kimya sənayesi məhsullarından karbamid istehsalı 71,4%, metanol istehsalı 12,7%, azot istehsalı 1,2%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 55,7%, polietilendən kisə və çantalar istehsalı 35,3%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 24,2% artıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
|
Məhsul növləri | 2024-cü ilin yanvar- avqust aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətə, faizlə | 01.09.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Kimya sənayesi məhsulları | |||
| Təsirsiz qazlar, min kub metr | 29254,9 | 88,9 | 79,6 |
| ondan: |
|
|
|
| azot, min kub metr | 15 927,5 | 101,2 | 76,0 |
| Lak-boya məmulatları, ton | 25 345,8 | 105,3 | 450,5 |
| Qeyri-üzvi kimyəvi maddələr, ton | 21 810 | 120,4 | 5 750 |
| ondan: |
|
|
|
| yod, ton | 133,8 | 95,7 | 7,3 |
| Üzvi kimyəvi maddələr, min ton | 627,7 | 98,9 | 24,0 |
| ondan: |
|
|
|
| etilen, min ton | 100,3 | 87,4 | 1,4 |
| propen (propilen), min ton | 94,0 | 90,6 | 0,8 |
| metanol (metil spirti), min ton | 342,6 | 112,7 | 13,8 |
| Etil spirti, min dkl | 39,9 | 123,9 | 8,6 |
| Gübrə və azot birləşmələri, min ton | 418,4 | 171,3 | 48,5 |
| ondan: |
|
|
|
| karbamid, min ton | 418,3 | 171,4 | 48,4 |
| İlkin formada plastik kütlə, min ton | 190,4 | 87,7 | 24,0 |
| ondan: |
|
|
|
| polietilen, min ton | 94,2 | 83,6 | 12,1 |
| Yapışqan və yapışdırıcı maddələr, min ton | 75,9 | 100,5 | 4,8 |
Oxşar xəbərlər
Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 8% artıb - CƏDVƏL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













