Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər kəskin artıb
sizinxeber.az xəbər saytı

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər kəskin artıb


İlin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təqribən 60 mln. dollar, əsaslı xərclər isə təxminən 13 mln. dollar olub və müvafiq olaraq 22,4% və 2,9 dəfə artıb.

Bu barədə “Sizinxeber.az-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Hesabatda qeyd olunur ki, ilin ilk üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 mln. kubmetr olub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: BP (operator – 29,99%), SGC (Cənub Qaz Dəhlizi, 21,02%), LUKOIL (19,99%), TPAO (19%) and NICO (10%).

Oxşar xəbərlər

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz”ə bu il 1,7 mlrd. dollara yaxın vəsait xərclənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər