TAP ilə Avropaya 40 mlrd. kubmetr qaz nəql olunub
Təqribən dörd il ərzində Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 40 mlrd. kubmetr qaz nəql edilib.
Bu barədə “Sizinxeber.az-Economics” TAP Konsorsiumuna istinadən xəbər verir.
“TAP 4 il ərzində Avropaya 40 milyard kubmetr qaz nəql edib. Bu mərhələ Yunanıstan, İtaliya, Albaniya və İsveçrədəki komandalarımızın fədakarlığını nümayiş etdirir. Biz Avropanın enerji təhlükəsizliyini və davamlılığını dəstəkləmək üçün 2026-cı il üçün illik (gücünə - red) 1,2 mlrd. kubmetr əlavə etmək yolundayıq”, - məlumatda qeyd olunub.
Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur.
Hazırda TAP-ın səhmdarları bunlardır: BP - 20%, SOCAR (CQD) - 20%, “Snam S.p.A.” - 20%, “Fluxys” -20%, “Enagás” -20%.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
TAP kəməri ilə 40 mlrd. kubmetrə yaxın qaz Avropaya nəql olunub
Azərbaycandan Avropaya 9 milyard kubmetrdən çox qaz ixrac olunub
BP Trans-Adriatik qaz kəmərində qeyri-nəzarət payını satır
Bu il Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb
“Şahdəniz"dən indiyədək 227 mlrd. kubmetr qaz hasil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
