Sumqayıtda 69 500 abonent qazsız qalacaq
sizinxeber.az xəbər saytı

Sumqayıtda 69 500 abonent qazsız qalacaq


Sumqayıtın əksər ərazilərində qaz kəsiləcək.

Sizinxeber.az xəbər verir ki, 2 oktyabr saat 09:30-dan Sumqayıt şəhəri Təzə, Köhnə Corat, Novruz qəsəbələri, Saray, Qurddərəsi, Novxanı bağları, 11 (1 hissə), 12 (1 hissə), 13, 17, 18 (1 hissə), 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 51, 52, 53-cü məhəllələrdə yaşayan abonentlərin (36 min abonent) və Sumqayıt şəhəri 1, 2, 3, 4, 5, 7-8-12, 15, 16, 17, 18, 20, 21, 29, 30, 34, 36, 45-ci məhəllələr və 1, 2, 5, 6-ci mikrorayonlarda yaşayan abonentlərin (33.500 abonent) qaz verilişində məhdudiyyətlər yaranacaq.

Qeyd edək ki, məhdudiyyətlər Sumqayıt şəhərinin Qurddərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərinin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası ilə bağlıdır.

Həmçinin Saray körpüsü ətrafında yeni çəkilmiş PE250mm-lik (Şəhər-4) yeraltı polietilen orta təzyiqli və Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində pilot layihəyə əsasən yeni çəkilmiş PE160mm-lik (Şəhər-1) yeraltı polietilen orta təzyiqli qaz xətlərinin mənbəyə qoşulması da səbəb kimi göstərilib.

Oxşar xəbərlər

Sabah Sumqayıtda 70 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ərazidə su olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Sumqayıt şəhərinin bu ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər