Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir
sizinxeber.az xəbər saytı

Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, regional və regional olmayan layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd edib.

“Bu kontekstdə Ermənistanın Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaqda maraqlı və hazır olduğunu vurğulayırıq", - N. Paşinyan nəzərə çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar.

Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Gürcüstan və Macarıstan ticarət əlaqələrini artırmaq niyyətindədir
İlham Əliyev: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək
Orban: "Azərbaycan, Rumıniya və Macarıstan Avropanın meqa layihəsinin həyata keçirilməsi üzərində işləyir"
Prezident: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər