Azərbaycanda "yaşıl" hidrogenin inkişafına dair növbəti planlar yayda elan olunacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda "yaşıl" hidrogenin inkişafına dair növbəti planlar yayda elan olunacaq


"Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması”nın ikinci mərhələsi üzrə nəticələr yayda elan olunacaq.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsinin birinci mərhələsi çərçivəsində “Hidrogen üzrə Milli Strateji Baxış” sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə hazırlanaraq COP29 konfransı zamanı təqdim edilib.

Qeyd edək ki, layihənin ikinci mərhələsinin icrasına başlanılması məqsədilə AYİB dəstəyi ilə keçirilmiş tenderin nəticələrinə əsasən, “DNV Energy Systems Germany GmbH” şirkəti qalib elan edilib.

Cavid Abdullayev onu da bildirib ki, hazırda bu istiqamətdə dünyanın nüfuzlu texniki məsləhətçi şirkəti ilə detallı təhlillər davam edir və yayın axırında nəticələri elan etmək planlaşdırılır.

Oxşar xəbərlər

Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV
AYİB rəsmisi: Azərbaycan Yaşıl Şəhərlər proqramının necə işlədiyinə dair çox yaxşı nümunədir
Azərbaycanda hidrogenin istehsalı üzrə üç ssenari açıqlanıb
Agentlik: "Ağdaş" Batareya Enerji Saxlanc Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək
Baş icraçı direktor: “Yaşıl” hidrogen neftlə müqayisədə tamamilə rəqabətsizdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər