Agentlik: "Ağdaş" Batareya Enerji Saxlanc Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək
sizinxeber.az xəbər saytı

Agentlik: "Ağdaş" Batareya Enerji Saxlanc Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək


Bu yaxınlarda Azərbaycanda "Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin (BESM) istifadəyə verilməsi planlaşdırılır.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb:

"AzərEnerji” Açıq Səhmdar ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi bu ilin mart ayında istismara verildi. Yaxın zamanlarda Ağdaşda da Batareya Enerji Saxlanc Mərkəzinin istismara verilməsi planlaşdırılır", - Cavid Abdullayev qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanda Batareya Enerji Saxlanc Sistemləri quraşdırılacaq
Azərbaycanda regionun ən böyük batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya olunur
“Azərenerji” enerji saxlanc sisteminin yaradılması üçün şirkət seçir
Azərbaycan “Masdar”la enerji saxlanc sistemlərinin qurulmasını müzakirə edib
Bu il "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi gözlənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər