Baş icraçı direktor: “Yaşıl” hidrogen neftlə müqayisədə tamamilə rəqabətsizdir
“Yaşıl” hidrogenin istehsal maya dəyəri hazırda neft ekvivalenti ilə bir barel üçün 200-dən 400 ABŞ dollarına qədər dəyişir ki, bu da hidrogeni neft və qazla müqayisədə tamamilə rəqabətsiz edir.
“Sizinxeber.az-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Rosneft”in (Rusiyanın iri neft-qaz şirkəti) baş icraçı direktoru İqor Seçin bildirib.
“‘Yaşıl’ hidrogen yanacağının tətbiqi 2050-ci il üçün təxminən 10 trilyon dollara başa gələcək. Eyni zamanda, onun istehsal maya dəyəri neft ekvivalenti ilə bir barel üçün 200-dən 400 dollara qədər dəyişir ki, bu da hidrogeni neftlə müqayisədə tamamilə rəqabətsiz edir”, - deyə o bildirib.
İqor Seçin qeyd edib ki, yeni enerji mənbələrinin axtarışı heç vaxt dayanmayıb, illərdir hidrogenin istifadəsinə böyük ümidlər var.
“Lakin hələ də aşağı karbonlu hidrogen, istehsal olunan bütün həcmin 1%-dən azını təşkil edir”, - baş icracı direktor əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda hidrogenin istehsalı üzrə üç ssenari açıqlanıb
Nazir müavini: Xəzərin külək potensialı yaşıl hidrogen üçün imkan yaradır
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
BOEMDA: Azərbaycanda boz hidrogeni "yaşıl enerji mənbələri" ilə əvəz edilməsi planlaşdırılır
Dünya bazarlarında neft 2 dollara yaxın ucuzlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
