Azərbaycanda logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq
Bu ilin sonuna qədər Azpromo tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İdarə Heyətinin sədri Yusif Abdullayev deyib.
“Hökumətə təqdim etdiyimiz sənəddə Azərbaycandan xaricə satılan məhsulların 70%-ə qədər təşviq verilməsi öz əksini tapıb. Ancaq düşünürük ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində verilən imtiyazları bundan da artıq, hətta 100%-ə qədər tətbiq etmək olar”.
O bildirib ki, verilən imtiyazlar müddətli olacaq:
“Bu tətbiqi biz 5 il sonrakı mərhələ yenə də 5 il uzatmaqla vermək istəyirik ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların ixracına ciddi formada dəstək olsun”.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdən ixrac edilən məhsullara 100 % logistika subsidiyası tətbiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZPROMO Səudiyyə Ərəbistanı ilə bağlı hədəflərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZPROMO “Made in Azerbaijan” tədris planı əsasında növbəti modulu icra edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZPROMO-nun yaradılmasından 5 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












