Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər
Bu ilin sonuna qədər Azərbaycan hökumətinin logistika subsidiyaların ödənilməsi ilə bağllı qaydaları təsdiqləməsi gözlənilir.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
"Subsidiyaların ödənilməsinə gələn ildən başlanılması gözlənilir", - deyə o qeyd edib.
"Düşünürük ki, subsidiya müəyyən istiqamətlərdə ləngimələrin qarşısını almağa deyil, alternativ marşrutlardan istifadə edərkən maya dəyərinin aşağı salınmasına dəstək olacaq", - deyə AZPROMO rəsmisi əlavə edib.
Y. Abdullayev daha öncə "Report"a bildirib ki, logistika subsidiyasıın tətbiqi Azərbaycanın bütün ərazisində nəzərdə tutulur. Ehtimal olunur ki, subsidiya 5-7 il müddətinə, azad edilmiş ərazilərdə isə 10 il müddətinə tətbiq olunacaq. Bu subsidiya ixracatçı şirkətlərə ödəniləcək və o, daşınma xərclərinin 70 %-nə qədər ola bilər. Azad edilmiş ərazilərdə isə logistika xərclərinin dövlət hesabına tam ödənilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
Azərbaycan İraqa qızıl ixracını artıra bilər
Azərbaycan və İraq COP29 çərçivəsində bir sıra tədbirlər keçirəcək
İraqda Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
