AZPROMO-nun yaradılmasından 5 il ötür » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
dek
2023
19:10

AZPROMO-nun yaradılmasından 5 il ötür

28 dek, 2023
19:10
1 123

AZPROMO-nun yaradılmasından 5 il ötür

Bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) yaradılmasından 5 il ötür.

“Sizinxeber.az”un AZPROMO-ya istinadən verdiyi məlumata görə, 28 dekabr 2018-ci il tarixində "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 451 nömrəli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO yaradılıb.

Xatırladaq ki, AZPROMO 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektoruna xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu olaraq təsis edilib. 2018-ci ildə Azərbaycan Prezidentinin 451 nömrəli Fərmanı ilə sözügedən Fond ləğv edilərək, onun maddi-texniki bazası əsasında publik hüquqi şəxs statuslu Agentlik yaradılıb.

Bizimlə əlaqə saxlayın