Laçın xüsusi nümayəndəliyi investorlara müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
10:00

Laçın xüsusi nümayəndəliyi investorlara müraciət edib

28 may, 2025
10:00
503

Laçın xüsusi nümayəndəliyi investorlara müraciət edib

"Biz investorlar üçün açığıq”.

Sizinxeber.az-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.

O investorlara müraciət edib: “Biz investisiya qoyulmasında heç bir bürokratik əngəllərə yol vermirik və olanları da aradan qaldırırıq. Çalışırıq ki, Laçının investisiya mühiti də gözəl olsun”.

Hüseyn Quliyev onu da vurğulayıb ki, bütün dövlət qurumlarının fəaliyyəti Laçında təmin olunub: "Dövlət qurumlarının hər birinin özünün binası var. Bizim məhdud imkanlarımız çərçivəsində ermənilər tərəfindən tamamilə darmadağın edilmiş və bizə heç bir miras qalmayan rayonda bütün gördükləriniz yeni tikilidir. Bu insanları hər birini razı salmaq, onları yerləşdirmək, onlara normal iş şəraiti təşkil etmək özü də çətin prosesdir. Getdikcə bu imkanlarımız artır. Çünki sifarişçi təşkilatlar bu məsələdə bizə öz dəstəyini göstərir”.

Bizimlə əlaqə saxlayın