sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycana 4 ayda 756 mln. dollarlıq nəqliyyat vasitələri və ehtiyat hissələri idxal edilib
2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 756 mln. 423.9 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
“Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.7% və ya 108 mln. 329 min dollar çoxdur. Belə ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana 648 mln. 94.9 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən nəqliyyat vasitələri və onların hissələrinin dəyəri Azərbaycanın ümumi idxalının 9.30%-ni təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib
Dörd ayda Azərbaycana 420 min tona yaxın buğda idxal edilib
Azərbaycana 9 ayda 1.2 mlrd. dollarlıq avtomobil idxal edilib
Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib
Azərbaycana elektromobil idxalı azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













