Dörd ayda Azərbaycana 420 min tona yaxın buğda idxal edilib
sizinxeber.az xəbər saytı

Dörd ayda Azərbaycana 420 min tona yaxın buğda idxal edilib


2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 90 milyon 535 min ABŞ dolları dəyərində 419 min 105 ton buğda idxal edilib.

Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı həcm baxımından 57.2% və ya 152 min 496 ton, məbləğ baxımından isə 51.7% və ya 30.8 milyon dollar çoxdur. Ötən ilin ilk 4 ayında Azərbaycana 59 milyon 697.6 min ABŞ dolları dəyərində 266 min 609 ton buğda idxal edilmişdi.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.11%-nə bərabər olub.

Qeyd edək ki, bu dövründə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.5% azalaraq 367.2 manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycana 7 ayda 500 min tona yaxın buğda idxal edilib
Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib
Səkkiz ayda Azərbaycana 600 min tona yaxın buğda idxal edilib
I rübdə Azərbaycan 300 min tona yaxın buğda idxal edib
11 ayda Azərbaycana 1.1 mln. tondan çox buğda idxal edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər