Pay torpaqlarına sahib 58 mindən çox ailəyə çıxarış verilib
Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin oktyabr ayından etibarən cari ilin mart ayınadək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının sahibi olan 58.024 ailəyə dövlət vəsaiti hesabına çıxarış verilib, 384.760 dövlət aktı isə çıxarışla əvəz edilib.
Bu barədə “Sizinxeber.az-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanın 2.1-ci bəndinə ölkə başçısı tərəfindən 28 fevral 2025-ci ildə dəyişiklik edilib. Belə ki, adıçəkilən Fərmanın öncəki redaksiyasında 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi nəzərdə tutulmuşdur. Lakin müvafiq dəyişikliklə bu müddət 2027-ci ilin yanvarın 1-dək uzadılıb.
Oxşar xəbərlər
Azərbaycanda pay torpağı olan 58 min ailəyə dövlət hesabına çıxarış verilib
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
Bu il Azərbaycanda 270 min daşınmaz əmlaka çıxarış verilib
Səkkiz ayda 240 min daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
