10 ayda əhaliyə 145.8 mln. manat ƏDV məbləği geri qaytarılıb
sizinxeber.az xəbər saytı

10 ayda əhaliyə 145.8 mln. manat ƏDV məbləği geri qaytarılıb


2024-cü ilin yanvar-oktyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə “Sizinxeber.az-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verir.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 19 milyon 251,6 min manatdan çox olub.

Oxşar xəbərlər

Azərbaycanda 8 ayda 116 mln. manat ƏDV geri qaytarılıb
Bu ilin 9 ayında istehlakçılara 130 mln. manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanda yeddi ayda istehlakçılara 103 mln. manat ƏDV geri qaytarılıb
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 11 milyon manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 14 milyon manatdan çox ƏDV geri qaytarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər