Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək
Bugünkü tədbir çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı ərazisində birgə layihələrin həyata keçirilməsi üzrə niyyət sazişinin imzalanması nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı baş nazirin müavini Şahin Mustafayev deyib.
“Bu saziş müasir və yüksək texnologiyalı istehsalın yaradılmasını nəzərdə tutur”,- deyə Ş.Mustafayev əlavə edib.
O qeyd edib ki, azad edilmiş ərazilərdə, o cümlədən Araz Vadisi İqtisadi Zonası və sənaye parkında birgə servis mərkəzinin yaradılması da mühüm əhəmiyyət daşıyır:
“Biz Rusiya şirkətlərini azad edilmiş ərazilərdə investisiya layihələrinin həyata keçirilməsində daha fəal iştirak etməyə çağırırıq. Həmin ərazilərdə 10 il müddətinə xüsusi vergi rejimi tətbiq olunur. Bu rejim mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azadolmanı, texnika, avadanlıq və xammal idxalı üzrə ƏDV və gömrük rüsumlarından azadolmanı, həmçinin məcburi sosial sığorta üzrə güzəştləri nəzərdə tutur.
Azərbaycanın sənaye zonaları sənaye əməkdaşlığının inkişafında mühüm rol oynayır. Burada Rusiya tərəfinin iştirakı ilə birgə müəssisələr uğurla fəaliyyət göstərir. Xüsusilə tikinti materiallarının istehsalı və farmasevtika sahəsində əməkdaşlıq inkişaf edir”.
Oxşar xəbərlər
Şahin Mustafayev: Azərbaycan-Rusiya İşgüzar Şurası iki ölkənin sahibkarları arasında mühüm platformadır
Azərbaycandan Rusiya iqtisadiyyatına investisiyaların həcmi məlum olub
Baş nazirin müavini: Rusiya ilə əməkdaşlıqda nəqliyyat sahəsi mühüm yer tutur
Azərbaycanda fəaliyyət göstərən Rusiya şirkətlərinin sayı bilinib
Şahin Mustafayev: İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
