Baş nazirin müavini: Rusiya ilə əməkdaşlıqda nəqliyyat sahəsi mühüm yer tutur
Dünən Rusiya ilə hökumətlərarası komissiyanın iclasında ticarət-iqtisadi və investisiya sahələrində qısa müddətdə inkişaf nöqtələrinin müəyyənləşdirilməsi və perspektivli istiqamətlər üzrə konkret təkliflərin hazırlanması barədə razılığa gəldik.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.
“Ümumi rəyə görə, burada istifadə olunmamış böyük potensial var və biz bu artımı təmin etmək üçün konkret təkliflər gözləyirik”, - deyə o əlavə edib.
Ş.Mustafayev qeyd edib ki, investisiya və sənaye əməkdaşlığının genişlənməsi ilə yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığının strukturunda nəqliyyat-logistika sahəsi də getdikcə daha mühüm yer tutur:
“Məhz ölkələrimiz arasındakı səmərəli əlaqələr, tranzit marşrutlarının etibarlılığı və sərhəd-keçid, dəmir yolu infrastrukturunun ardıcıl modernləşdirilməsi iki ölkə arasındakı ticarət-iqtisadi əlaqələrin dayanıqlığını müəyyən edir.
Azərbaycan və Rusiya üçün bu, qarşılıqlı ticarət həcmlərinin artırılması, tranzit potensialının gücləndirilməsi və “Şimal-Cənub” dəhlizinin rəqabət qabiliyyətinin artırılması baxımından əsas amillərdən biridir. Regionda formalaşmış son dərəcə mürəkkəb şəraitdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi öz həyat qabiliyyətini və rəqabət üstünlüyünü praktikada təsdiqləyib”.
Ş.Mustafayev deyib ki, Rusiya ilə dünənki iclas çərçivəsində “Azərbaycan Respublikası və Rusiya Federasiyasında avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsinin tətbiqi üçün şəraitin yaradılması üzrə Yol Xəritəsi” sənədi imzalanıb:
“Dünənki iclas zamanı nəqliyyat-logistika sahəsində konkret razılaşmalar əldə olunub, əsas məqsədlər, onların icra müddətləri və tarif tənzimlənməsi parametrləri müəyyən edilib. Yükdaşımaların həcminin artırılması məsələləri müzakirə olunub, konkret tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib və gözləyirik ki, yaxın vaxtlarda praktik nəticələr əldə olunacaq”.
Oxşar xəbərlər
Şahin Mustafayev: Azərbaycan-Rusiya İşgüzar Şurası iki ölkənin sahibkarları arasında mühüm platformadır
Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək
Şahin Mustafayev: İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək
Azərbaycanda fəaliyyət göstərən Rusiya şirkətlərinin sayı bilinib
Şahin Mustafayev İran səfiri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
